14 May 2025, 20:18
FUTBOL
"Lill"in bombardiri Conatan Devid mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Matc.az xəbər verir ki, 25 yaşlı kanadalı hücumçu bu qərarını sosial şəbəkə hesabında paylaşıb.
Devidin fransız klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır.
Qeyd edək ki, cari mövsümdə 48 matçda 25 qol və 12 məhsuldar ötürmə edən forvardla bir sıra Avropa klublarının maraqlandığı bildirilir. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.