"Barselona" "Espanyol"un qapıçısı ilə yaxından maraqlanır

Matc.az xəbər verir ki, bu barədə məlumat AS paylaşıb.

Söhbət 24 yaşlı Joan Qarsiyadan gedir. Futbolçuya başqa klublardan, xüsusən də Londonun "Arsenal"ından maraq olsa da, transferin yayda baş tutması mümkündür.

Qeyd edək ki, İspaniya La Liqasında cari mövsümündə Qarsiya 35 matçda meydana çıxıb, 47 qol buraxıb, 7 oyunda isə qapısını toxunulmaz saxlayıb. Qolkiperin təxmini dəyəri 20 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest