14 May 2025, 15:57
FUTBOL
"Komo" "Mançester Siti"dən götürdüyü Maksimo Perrone ilə bağlı qərarını verib.
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, İtaiya klubu argentinalı yarımmüdafiəçinin transfer hüququna yiələnəcək.
"Komo" bunun üçün İngiltərə klubuna 30 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Komo" Maksimo Perroneni mövsümün əvvəlində icarəyə götürüb. 22 yaşlı futbolçu A Seriyası təmsilçisinin heyətində keçirdiyi 24 oyunda 3 qol ötürməsi edib.