Rəşad Əzizli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılıb, klubu isə 3000 manat cərimələnib. Qolkiper üçün 3 ay sınaq müddəti təyin edilib.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 34-ce turunda baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.

“Şamaxı” ilə oyunda əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” 500 manat cərimə edilib.

“Sumqayıt”la oyunda 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz”  700 manat cərimələnib. “Kəpəz” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə klub daha 1000 manat cərimə edilib. Oyun bitdikdən sonra Gəncə təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə ödəməli olacaq.

Eyni oyunun 89-cu dəqiqəsində “Sumqayıt”ın 94 qapıçısı Rəşad Əzizli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılıb, klubu  isə 3000 manat cərimələnib. Qolkiper üçün 3 ay sınaq müddəti təyin edilib. "Sumqayıt"ın yarımmüdafiəçisi Vüqar Mustfayevə də analijo cəza verilib və klub ona görə də 3000 manat cərimə ödəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest