İtaliya B Seriyasında 2024/2025 mövsümünə yekun vurulub.

Matc.az xəbər verir ki, ölkənin köklü klublarından olan "Sampdoriya" səfərdə "Yuve Stabiya"nın qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra "Sampdoriya"nın B Seriyasını tərk edib. 38 turda 41 xal toplayan komanda C Seriyasına düşüb. "Ağ-göylər" tarixləri ərzində ilk dəfə səviyyəcə 3-cü sayılan liqada mübarizə aparacaq.

Qeyd edək ki, "Sampdoriya" 1990/1991 mövsümündə İtaliya çempionu olub. Onlar bir il sonra isə UEFA Çempionlar Liqasında final oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest