UEFA AFFA-nı 5000 avro cərimələyib.

Matc.az xəbər verir ki, buna qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Litva ilə aprelin 4-də keçirilən oyununun gec başlaması səbəb olub.

Qarşılaşma baş məşqçi Siyasət Əsgərova görə yubanıb. Mütəxəssisə 1 oyunluq şərti cəza verilib və 1 illik sınaq müddəti təyin edilib.

Bundan əlavə, S.Əsgərov qeyri-idman hərəkətinə görə 1 matçlıq diskvalifikasiya edilib. O, növbəti turda Monteneqro ilə matçda cəzasını çəkib.

Qeyd edək ki, Litvanı iki cavabsız qolla üstəyələn Azərbaycan yığması Monteneqro ilə heç-heçə edib - 1:1. Komanda sonuncu - IV turda, mayın 30-da Litvanı qəbul edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest