İspaniyanın "Sevilya" komandasının azarkeşləri klubun bazasına hücum ediblər.

Matc.az ESPN-ə istinadən xəbər verir ki, hadisə "Selta"ya uduzduqları (2:3) La Liqanın XXXV turun oyunundan sonra baş verib.

Fanatlar bazada futbolçuları tapmağa çalışıblar və qapını sındırıblar. Klub münaqişənin böyüməsi təhlükəsi ilə əlaqədar polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dayandırmaq üçün rezin güllələrdən istifadə etməyə məcbuq qalıb.

Təhlükəsizliyə görə oyunçular gecəni bazada keçiriblər.

Qeyd edək ki, "Sevilya" La Liqada 38 xalla 15-ci pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest