"Atletiko" "Real"ın qapıçısı Andrey Lunini transfer etməkdə maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Defensa Central" paylaşıb.
Dieqo Simeonenin komandası yeni qapıçı ilə müqavilə imzalamaqda maraqlıdır və iki əsas namizəd kimi hazırda Lunin və "Espanyol"dan Joan Qarsyia nəzərdə tutulub.
Qeyd edək ki, 26 yaşlı ukraynalının "Real"la müqaviləsi 2030-cu ilə qədərdir, lakin futbolçunun yaxşı təklif alacağı təqdirdə klubdan ayrılmasına icazə verəcəyi ilə bağlı şifahi razılığı var.
24 yaşlı Joan Qarsyianın isə 25 milyon avroluq sərbəst qalma maddəsi var ki, bu da "Atletiko"nun xərcləməyə hazır olduğu məbləğdir. Madridlilər Lunin üçün eyni məbləği təklif edə bilər, lakin hər şey qapıçıların özlərinin və klublarının istəklərindən asılı olacaq.
a