10 May 2025, 09:30
FUTBOL
Yeni qərara əsasən qrup mərhələsindəki qrupların sayı 8-dən 12-yə, ümumi oyunların sayı isə 64-dən 104-ə yüksələcək.
FİFA qadınlar arasında dünya çempionatının iştirakçılarının sayını 48 komandaya çatdırmaq qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə qrumun mətbuat xidməti məlumat yayıb.
Yeni qərara əsasən qrup mərhələsindəki qrupların sayı 8-dən 12-yə, ümumi oyunların sayı isə 64-dən 104-ə yüksələcək. Turnirin keçirilmə vaxtı hazırkı 32 komanda formatı ilə müqayisədə bir həftə çox keçiriləcək.
Dəyişikliklər 2031-ci il dünya çempionatından qüvvəyə minəcək. 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar arasında dünya çempionatı eyni sayda - 32 iştirakçı ölkə ilə keçiriləcək.