"Şalke"nin U-19 komandasında çıxış edən Mertcan Ayhan karyerasını Türkiyədə davam etdirə bilər.

Matc.az "Bild" nəşrinə istinadən xəbər verir ki, "Qalatasaray" türk müdafiəçini transfer etmək istəyir. "Sarı-qırmızılar" Mertcan üçün 200 min avro təzminat ödəməyə hazırdır.

18 yaşlı mərkəz müdafiəçisi ilə Almaniyanın "Frayburq" klubu da maraqlanır. Gənc oyunçu özü komandadan ayrılmaq istəyir.

Qeyd edək ki, Mertcan Ayhan "Şalke"nin yetirməsidir. Türkiyə U-19 millisinin üzvü olan futbolçu "Qalatasaray"ın müdafiəçisi Kaak Ayhanın qardaşıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest