Macarıstan Futbol Federasiyası milli komandasının baş məşqçisi Marko Rossi ilə bağlı qərar verib.

Matc.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, italyan mütəxəssisin müqaviləsinin müddəti uzadılıb. Rossi 2030-cu ilədək yığmaya rəhbərlik edəcək.

Marko Rossi 2018-c ildə bu posta təyin olunub.

Qeyd edək ki, Macarıstan seçməsi iyunun 10-da Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest