09 May 2025, 14:55
FUTBOL
"Marsel"in futbolçusu Meyson Qrinvud İngiltərəyə qayıda bilər.
Matc.az "CaughtOffside"a istinadən xəbər verir ki, "Liverpul" ngiltərəli vingeri transfer etmək istəyir.
"Qırmızılar" Qrinvud üçün "Marsel"lə danışıqlara başlayacaq. Fransa klubu 23 yaşlı oyunçu üçün 60 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, "Marsel" Meyson Qrinvudu mövsümün əvvəlində "Mançester Yunayted"dən transfer edib. İngiltərə millisinin sabiq üzvü Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 19 qol vurub, 5 qol ötürməsi edib.