"Mançester Yunayted"in yayda transfer etdiyi Leni Yoro komandadan ayrılmaq istəyir.

Matc.az "Defensa Central"a istinadən xəbər verir ki, fransalı müdafiəçi İngiltərə klubuna keçdiyi üçün peşman olub.

Yoro "Real"da oynamaq arzusundadır."Mançester Yunayted" futbolçusunu satmağın əleyhinə deyil. Premyer Liqa klubu 19 yaşlı mərkəz müdafiəçisi üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki, "Mançester Yunayted" Leni Yoronu mövsümün əvvəlində "Lill"dən transfer edib. Fransa U-21 millisinin üzvü "qırmızı şeytanlar"ın heyətində keçirdiyi 31 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest