"Liverpul"un müdafiəçisi İbrahima Konate İspaniya La Liqasında çıxış edə bilər.

Matc.az "Marca"ya istinadən xəbər verir ki, "Real" fransalı futbolçunu transfer etmək istəyir.

"Liverpul" Konate üçün 100 milyon avro tələb edir. "Real" bu məbləği ödəmək istəmir. Madridlilər 25 yaşlı mərkəz müdafiəçisinin klubu ilə yeni müqavilə danışıqlarını izləməyə davam edəcək.

Qeyd edək ki, İbrahima Konate bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 39 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib. Fransa millisinin üzvünün Mersisayd təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest