"Mançester Yunayted" heyətini yeni müdafiəçi ilə gücləndirməyə çalışır.

Matc.az "TBR Football"a istinadən xəbər verir ki, Premyer Liqa nəhəngi "Vulverhempton"da çıxış edən Rayan Ait Nurini transfer etmək istəyir.

Əlcərairli sol cinah müdafiəçisi ilə "Tottenhem" də maraqlanır. Klubu 23 yaşlı oyunçu üçün 40 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Vulverhempton" Rayan Ait Nurini 2020-ci ildə "Anje"dən transfer edib. Əlcəzair millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində keçirdiyi 38 oyunda 5 qol vurub, 7 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest