07 May 2025, 14:40
FUTBOL
Mövsümün sonunda "Bayer"dən ayrılacağını açqlayan Conatan Ta daha bir klubun transfer siyahısına düşüb.
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Nyukasl" da almaniyalı futbolçunu heyətinə qatmaq istəyir. "Sağsağanlar" yayda azad agent statusunda olacaq Ta ilə danışıqlara başlamağa hazırlaşır.
"Barselona" və "Mançester Yunayted" də 29 yaşlı mərkəz müdafiəçisi ilə müqavilə imzalamaq üçün mübarizə aparır.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Conatan Ta bu mövsüm "Bayer"in heyətində meydana çıxdığı 47 oyunda 4 qol vuub, 1 qol ötürməsi edib.