AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, qurum U-10 Liqasında baş vermiş qayda pozuntularına hüquqi qiymət verib.

"Azərbaycan Qartalları" – "Qarabağ" oyunu bitdikdən sonra "Qarabağ"ın baş məşqçisi Şöhrət Yusifov hakimə kəskin formada etiraz etdiyinə, qeyri-etik ifadələrə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.

Həmçinin sözügedən matç bitdikdən sonra "Qarabağ"ın azarkeşləri hakimlərin ünvanına təhqiredici ifadələr səsləndirildiyinə görə komandaya xəbərdarlıq edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest