07 May 2025, 13:33
FUTBOL
"Selta"nın müdafiəçisi Oskar Minqeza karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az "The Sun" nəşrinə istnadən xəbər verir ki, "Aston Villa" ispan futbolçunu transfer etmək istəyir. İngilislər Minqeza üçün onun klubu ilə danışıqlara başlayacaq.
"Selta" futbolçusunu satmağa hazırdır. Onlar 25 yaşlı sağ cinah müdafiəçisi üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, "Selta" Oskar Minqezanı 2022-ci ilin yayında "Barselona"dan transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Viqo təmsilçisinin heyətində keçirdiyi 32 rəsmi matçda 3 qol və 6 qol ötürməsi ilə yadda qalıb.