"Barselona"nın cinah oyunçusu Rafinya Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

Matc.az xəbər verir ki, o, bunu ötən gecə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "İnter"lə görüşdə (3:4, ilk oyun - 3:3) fərqlənməklə bacarıb.

Rafinya turnirin cari mövsümündəki məhsuldarlığının sayını 21-ə çatdırıb (13 qol, 8 qol ötürməsi). Nəticədə o, "Real", "Sportinq", "Yuventus" və "Mançester Yunayted"in sabiq futbolçusu, hazırda "Əl-Nəsr"in formasını geyinən Kriştiano Ronaldonun rekoduna (17 qol, 4 qol ötürməsi) şərik çıxıb.

Bunun üçün Rafinyaya 14, Ronaldoya isə 11 oyun lazım olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest