07 May 2025, 11:36
FUTBOL
O, 18 yaşadək qitənin bir nömrəli klub turnirinin pley-off mərhələsində 10 matça çıxan ilk oyunçu olub.
İspaniyanın "Barselona" komandasının hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.
O, 18 yaşadək qitənin bir nömrəli klub turnirinin pley-off mərhələsində 10 matça çıxan ilk oyunçu olub.
Yamal son olaraq ötən gün İtaliyada "İnter"ə əlavə vaxtda 3:4 hesabı ilə uduzduqları qarşılaşmada iştirak edib.
Qeyd edək ki, ilk oyunda rəqibi ilə heç-heçə (3:3) edən "Barselona" turnirlə vidalaşıb.