"Real" İngiltərənin "Liverpul" klubunun daha bir futbolçusu ilə maraqlanır.

Matc.az xəbər verir ki, "Kral klubu" mersisaydlıların mərkəz müdafiəçisi İbraima Konateni azad agent kimi heyətinə qatmağı düşünür.

25 yaşlı müdafiəçisinin komandası ilə müqavilə müddəti 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, ötən gün "Liverpul"un cinah müdafiəçisi Trent Aleksander-Arnold cari mövsümün sonunda başa çatacaq müqaviləsini yenilməyəcəyini açıqlayıb. Onun azad agent kimi "Real"a transfer olunacağı gözlənilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest