"Barselona"nın 17 yaşlı vingeri Lamin Yamal Kataloniya klubu ilə müqaviləsini 2030-cu ilə qədər uzadacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

Bildirilir ki, Kataloniya klubu Yamalla müqavilənin uzadılmasını iyulun 13-də, 18 yaşı tamam olandan sonra elan edəcək və uzunmüddətli müqavilə bağlamaq hüququ qazanacaq.

Cinah müdafiəçisinin ispan nəhəngi ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Hücumçunun yeni müqaviləyə əsasən maaşı açıqlanmasa da, onun indiki maaşından xeyli yüksək olacağı vurğulanıb. Bundan əlavə, Yamal üçün kompensasiya məbləği əhəmiyyətli dərəcədə artacaq.

Bu mövsüm Yamal bütün turnirlərdə 50 matçda iştirak edib, 15 qol vurub və 24 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 180 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest