"Real" 6,7 milyard dollar dəyərində qiymətləndirilir. Madrid klubunun gəliri 1,13 milyard dollar olub.
CNBC-nin məlumatına görə, "Real" 2025-ci ildə dünyanın ən dəyərli klubudur.
Matc.az xəbər verir ki, ispan nəhəngi 6,7 milyard dollar dəyərində qiymətləndirilir. Madrid klubunun gəliri 1,13 milyard dollar olub.
İkinci yerdə 6 milyard dollar dəyərində olan "Mançester Yunayted" qərarlaşıb. İlk "üçlüy"ü "Barselona" tamamlayır (5,65 milyard dollar).
CNBC-yə görə dünyanın ən bahalı 10 klubu:
1. "Real" (İspaniya) - 6,7 milyard dollar;
2. "Mançester Yunayted" (İngiltərə) - 6 milyard dollar;
3. Barselona (İspaniya) - 5,65 milyard dollar;
4. "Liverpul" (İngiltərə) - 5,4 milyard dollar;
5. "Mançester Siti" (İngiltərə) - 5,2 milyard dollar;
6. "Bavariya" (Almaniya) - 5,1 milyard dollar;
7. PSJ (Fransa) - 4,55 milyard dollar;
8. Arsenal (İngiltərə) - 4 milyard dollar;
9. "Tottenhem" (İngiltərə) - 3,55 milyard dollar;
10. "Çelsi" (İngiltərə) - 3,5 milyard dollar.