06 May 2025, 19:48
FUTBOL
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun gələcəyi qeyri-müəyyən olaraq qalsa da, portuqaliyalı məşqçi ilə bağlı yeni bir vəziyyət var. Mourinyonun Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar apardığı iddia edilir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Ben Yakobs paylaşıb.
"Fənərbaxça"dakı uğursuz mövsümdən sonra klubun prezidenti Əli Koç davam edəcəklərini deməsinə baxmayaraq, Mourinyo "Əl-Hilal" ilə danışıqlara başlayıb.
"Əl-Hilal" Xorxe Xesusun gedişindən sonra komandaya dünyaca məşhur məşqçi gətirmək istəyir.
Qeyd edək ki, Mourinyo "Fənərbaxça"nın baş məşqçisi kimi 52 oyun keçirib, 32 dəfə qələbə qazanıb, 12 dəfə heç-heçə edib və 8 görüşdə uduzub.