06 May 2025, 17:44
FUTBOL
Azərbaycan millisinin hücumçusu Mahir Emreli mövsümün sonunda II Bundesliqa təmsilçisi "Nürnberq"dən ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, Emreli ilə başa çatan müqavilə uzadılmayacaq.
Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında "Nürnberq"ə keçib. O, mövsümün əvvəlində Almaniya klubu ilə 1 illik müqavilə imzalamışdı. Emreli cari mövsüm "Nürnberq"də ümumilikdə 23 oyuna çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.