06 May 2025, 15:24
FUTBOL
Kiçik Ronaldo üçün bu, karyerasında milliyə ilk dəvət olub.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldonun oğlu Xorvatiyada keçiriləcək beynəlxalq turnirdə iştirak etmək üçün Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət komandasına çağırılıb.
Matc.az xəbər verir ki, kiçik Ronaldo üçün bu, karyerasında milliyə ilk dəvət olub.
Portuqaliya gənclər komandası Yaponiya, Yunanıstan və İngiltərədən olan həmyaşıdları ilə qarşılaşacaq.
Qeyd edək ki, Ronaldo "Əl-Nəsr"in gənclər komandasında oynayır.