06 May 2025, 15:08
FUTBOL
"Real" "Liverpul"dan müdafiəçi Trent Aleksander-Arnoldun klublararası dünya çempionatında oynaya bilməsi üçün müqaviləsini vaxtından əvvəl buraxmağı xahiş edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sports" paylaşıb.
Madrid klubunun turnirdə Səudiyyə Ərəbistanı "Əl-Hilal" klubu ilə ilk oyunu iyunun 18-nə təyin edilib.
Qeyd edək ki, Trent Aleksander-Arnoldun "Real" ilə 5 illik müqavilədə anlaşdığı bildirilir.