06 May 2025, 13:26
FUTBOL
İngiltərənin "Mançester Yunayted" klubu 28 yaşlı "Torin"o və Serbiya millisinin qapıçısı Vanya Milinkoviç-Saviçlə maraqlanır.
Matc.az xəbər verir ki. bu barədə məlumatı Fabrisio Romano sosial şəbəkə hesabında payıaşıb.
Bildirilir ki, Mançester klubu qapıçını bu mövqe üçün əsas namizədlər siyahısın slıb. Artıq tərəflər arasında ilk təmaslar baş tutub.
Qeyd edək ki, Milinkovic-Saviç bu mövsüm bütün yarışlarda 36 oyun keçirib və 11-də qapısını toxunulmaz saxlayıb. Qolkiperin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 12 milyon avrodur.