Almaniyanın "Leyptsiq" komandasında çıxış edən Slovakiya millisinin futbolçusu Benyamin Şeşko İspaniyanın üç nəhəng klubunun diqqət mərkəzinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Madrid Universal" paylaşıb.

Bildirilir ki, "Real", "Barselona" və "Atletiko" 21 yaşlı hücumçu ilə maraqlanır.

Qeyd edək ki, Benyamin Şeşko cari mövsüm Almaniya klubunun heyətində 21 qola imza atıb. Onun Bundesliqa təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest