06 May 2025, 01:01
FUTBOL
İtaliya A Seriyasında XXXV turun oyunlarına yekun vurulub.
Matc.az xəbər verir ki, turun sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
"Milan" səfərdə "Cenoa"nın qonağı olub. Milan təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, 35 turdan sonra "Milan" 57 xalla 9-cu yerdədir. "Cenoa" isə 39 xalla 13 sırada qərarlaşıb. Turnir cədvəlinə 77 xalla "Napoli" başçılıq edir.
İtalia A Seriyası
XXXV tur
5 may
"Cenoa" – "Milan" - 1:2
Qollar: Oliviyera, 61 // Leao, 76, Frendrup, 77 (aq)