Braziliyanın "Fluminense" klubu Moskva ÇSKA-nın hücumçusu Alerrandro ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında jurnalist Tiaqo Ferreyra məlumat paylaşıb.

Bildirilir ki, Braziliya klubu Rusiyaya uyğunlaşmaqda çətinlik çəkən forvardın icarəyə götürmək istəyir. "Fluminense"nin hücumçunu almaq hüququna sahib olmaq istədiyi də bildirilir.

Qeyd edək ki, bu mövsüm Alerrandro bütün turnirlərdə 4 oyun keçirib. Futbolçunun klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin qışına qədər nəzərdə tutulub və onu daha 1 il uzatmaq imkanı var. "Transfermarkt" portalında 25 yaşlı futbolçunun dəyəri 4 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest