"Bayer" Sesk Fabreqası baş məşqçi təyin etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Kicker" paylaşıb.

İspaniyalı mütəxəssis və Erik ten Haq bu vəzifəyə əsas namizədlərdir. Üçüncü variant Xavidir, lakin "Barselona"nın keçmiş baş məşqçisi Leverkuzen klubu üçün ilk iki namizəd qədər cəlbedici deyil.

Fabreqasın "Komo"dakı işi ilə "Bayer" rəhbərliyinin diqqətini cəlb edib, lakin İtaliya komandasına məşqçi üçün təzminat ödəmək zərurəti buna əngəl ola bilər. Erik ten Haqla bağlı məsələdə bu zərurət yoxdur, lakin burda da Erik daha yüksək maaş tələb edə bilər ki, bu da öz növbəsində potensial maneədir.

Qeyd edək ki, hazırda "Bayer"i çalışdıran Xabi Alonsonun "Real"a keçəcəyi gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest