"Hər kəsdən xahiş edirəm, məndən bir şey eşitmədikcə sosial mediada heç nəyə inanmayın".
Türkiyə mətbuatında "Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalının Joze Mourinyonun yerinə Sərgən Yalçını baş məşqi vəzifəsinə gətirməsi xəbəri gündəm olub.
Matc.az xəbər verr ki, bununla bağlı Sergen Yalçın qonağı olduğui Candaş Tolga Işıkın proqramında açıqlama verib:
"X-dən istifadə etmirəm, "instaqram"ı da mən idarə etmirəm. Hər kəsdən xahiş edirəm, məndən bir şey eşitmədikcə sosial mediada heç nəyə inanmayın. Mənimlə heç bir əlaqəsi olmayan cəfəngiyyat yazırlar. İnanmayın. Heç kimə açıqlama vermirəm".
Xatırladaq ki, dünən Türkiyə Super Liqasında "Fənərbaxça" evdə "Beşiktaş"a 1:0 hesabı ilə uduzaraq çempionluq yarışında çox ciddi zərbə alıb.