"Real"ın və Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos "Barselona" və İspaniya millisinin futbolçusu Pedri haqda danışıb.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

"Məncə, Pedri öz mövqeyində ən yaxşı oyunçudur. Pedri, kimə qarşı olursa olsun, oynamadığı zaman yoxluğu bilinən bir oyunçudur. O, sadəcə qol vurmur, sadəcə assistentlik etmir. O, sizə həll yolları təqdim edir. Pedrinin bu mövsüm nə etdiyinə baxdım və təkcə Çempionlar Liqasında o, hər oyunda 52, La Liqada isə 95 dəfə rəqib futbolçulardan üstün olub. O, hər oyunda 11-12 müdafiəçini üstələyir, bu, bir yarımmüdafiəçi üçün ən yaxşısıdır və əgər belə bir oyunçunu əldən versəniz, bunu hiss edəcəksiniz".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest