05 May 2025, 11:22
FUTBOL
Almaniya Bundesliqasının 32-ci turunda səfərdə "Frayburq"la qarşılaşan "Bayer" 2:2 hesablı heç-heçə edib və çempionluq şanslarını itirib.
Matc.az xəbər verir ki, Leverkuzen komandası Bundesliqada səfər qarşılaşmalarında məğlubiyyətsizlik seriyasını 33 oyuna çatdırıb - 23 qələbə və 10 heç-heçə.
Xabi Alonsonun komandası "Bavariya"nın rekordunu təkrarlayıb. Münhen komandası bu seriyanı 2012-2014-cü illər arasında reallaşdırıb.