Karlo Ançelottinin Braziliya millisi ilə mümkün müqaviləsinin maliyyə şərtlərini açıqlanıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "O Globo" paylaşıb.

Bildirilir ki, Ançelotti ilə Braziliya Futbol Konfederasiyası (CBF) arasında ilkin müqaviləyə 625 000 avro aylıq maaşdan əlavə, Braziliya millisinin 2026-cı il dünya çempionatının qalibi olacağı təqdirdə 5 milyon avro mükafat da daxildir.

Müqaviləyə həmçinin bəzi imtiyazlar da daxildir, məsələn, məşqçini bir neçə dəfə Avropaya səyahət etməsi üçün şəxsi təyyarə ayrılması. İtaliyalı mütəxəssis 14 ay, yəni dünya çempionatının sonuna kimi komandaya rəhbərlik etməli olacaq. Müqaviləyə Braziliya millisi ilə "Real" arasında yoldaşlıq oyununun təşkili də daxildir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest