"VAR qərarları, hakim qərarları, En-Nesiriyə verilməmiş penalti... Bu barədə danışmaqdan çox yorulmuşam".

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo komandasının Türkiyə çempionatının 34-cü turunda "Beşiktaş"a məğlubiyyətini (0:1) şərh edib.

Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin açıqlaması Türkiyə mətbuatında gündəm olub.

"Bu gün oyunu qazanmaq və fürsətlər yaratmaq istəyən, bir komanda var idi. Biz bu gün uduzmağa layiq deyildik. VAR qərarları, hakim qərarları, En-Nesiriyə verilməmiş penalti... Bu barədə danışmaqdan çox yorulmuşam. Mənim gücüm yoxdur, heç nə dəyişmir, amma vəziyyət belədir. Bəzi oyunçularınız kifayət qədər yaxşı oynamırsa, bu, kollektiv oyununa təsir edir. Çempionatın nəticəsi hələ başlamazdan əvvəl bəlli idi".

Qeyd edək ki, "Fənərbaxça" 75 xalla Türkiyə çempionatının turnir cədvəlində ikincidir. Komanda mövsümün sonuna dörd tur qalmış lider "Qalatasaray"dan 8 xal geri qalır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest