05 May 2025, 00:17
FUTBOL
Türkiyə Superliqasında XXXIV turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə üç qarşılaşma baş tutub.
İstanbul derbisində "Fənərbaxça" evdə "Beşiktaş"la üz-üzə gəlib. "Qara qartallar" minimal hesablı qələbə qazananaraq, çempionluq yolunda Mourinyonun komandasına ağır zərbə vurub.
Qeyd edək ki, tura 5 mayda yekun vurulacaq.
Türkiyə Superliqası
XXXIV tur
4 may
"Samsunspor" – "Eyüpspor" - 3:0
Qollar: Dimata, 4, 61, Mouandilmadji, 90+5
"Adana Dəmirspor" – "Göztəpə" - 1:2
Qollar: Kol, 33 // Kanatsızkuş, 3, Nielsen, 9
"Fənərbaxça" – "Beşiktaş" - 0:1
Qol: Fernandes, 44