23 Aprel 2025, 00:15
FUTBOL
Rafael Quzzo, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə, Bassala Sambu isə cəza səbəbindən "Sabah"la görüşü buraxacaqlar.
"Neftçi" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda qarşılaşacağı "Sabah"la görüşün hazırlığını başa çatdırıb.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Səfər qarşılaşmasında Rafael Quzzo, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə, Bassala Sambu isə cəza səbəbindən bu görüşü buraxacaqlar.
Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək "Sabah" – "Neftçi" matçı saat 20:00-da start götürəcək.