Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Matc.az xəbər verir ki, iclasda "Zirə"nin şikayətinə baxılıb. Qəsəbə təmsilçisinin U-17 komandasında çıxış edən Qurban Cəlilov barədə verilən apellyasiya şikayəti qismən təmin edilib.

12 aprel 2025-ci il tarixdə AFFA U-17 Liqasının "Qarabağ"la oyununun 79-cu dəqiqəsində "Zirə"nin 34 nömrəli futbolçusu Qurban Cəlilov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçunun 3 oyun cəzalanması barədə AFFA İntizam Komitəsinin 16 aprel 2025-ci il tarixli qərarı dəyişdirilərək 3 oyunluq cəzanın 2 oyunu şərti tətbiq edilib

Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunub və sınaq müddətinin başlanğıcı 16 aprel 2025-ci il tarixdən hesablanacaq.

Apellyasiya şikayəti qalan hissədə isə təmin edilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest