"Barselona"nın kapitanı Lionel Messi Sant-Jordi Xaçı (Müqəddəs Georgi) ilə mükafatlandırılıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Kataloniyanın ali mükafatlarından sayılan Sant-Jordi Xaçı 1981-ci ildə təsis olunub və Leo klub tarixində Yohan Kroyffdan sonra bu şərəfə nail olan ikinci oyunçudu.

Mükafatlandırma mərasimində onun bir hərəkəti İspaniya mətbuatının gündəmini zəbt edib. Belə ki, futbolçu səhnədə olarkən ətrafındakılarla birlikdə alqışlara qoşulub. Lakin "Siyasi məhbuslara azadlıq" şüarı səsləndirilən zaman digərlərindən fərqli, alqışı dayandırıb və sakit dayanıb.

Qeyd edək ki, Lionel Messi bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 48 oyunda 48 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest