“Barselona”nın futbolçusu Rafinya unikal göstəriciyə imza atıb. Matc.az xəbər verir ki, braziliyalı futbolçu Çempionlar Liqasının IV turunda “Srvena Zvezda” ilə oyunda fərqlənərək buna nail olub.

“Sambaçı” komandasının 5:2 hesabı ilə qələbə qazandığı qarşılaşmada 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Bununla 27 yaşlı vinger son 7 görüşdə komandasının 14 qolunda birbaşa iştirak edib. O, bu müddətdə 7 qol vurub, 7 assist edib.

Qeyd edək ki, Rafinya “Barselona”nın heyətində bu mövsüm 16 oyunda 12 qol və 10 assistlə diqqət çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest