“Sportinq”in hücumçusu Viktor Dyekereş Çempionlar Liqasında Lionel Messi və Kristofer Nkunkunun nailiyyətini təkrarlayıb. Matc.az xəbər verir ki, 26 yaşlı forvard buna “Mançester Siti”ni 4:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

İsveç millisinin üzvü qitənin bir nömrəli klub turnirində “şəhərlilər” önündə het-trik edən üçüncü oyunçudu.

Daha əvvəl Lionel Messi 2016-cı ildə “Barselona”nın heyətində, Kristofer Nkunku isə “Leypsiq”in heyətində bunu reallaşdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest