"Valensiya" və "Levante" klubları İspaniya çempionatının birinci və ikinci divizionları çərçivəsində digər turun oyunlarının da təxirə salınması ilə bağlı La Liqa rəhbərliyinə müraciət ediblər.

Matc.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

La Liqa rəhbərliyi klublardan müraciət alsa da, hələlik yekun qərarını verməyib.

Xatırladaq ki, "Dana" qasırğasının nəticələri və onun ardınca baş verən daşqınlarla əlaqədar ötən həftə Valensiya əyalətində 3 günlük matəm elan edilib. Bu səbəblə, bir sıra oyunlar da təxirə salınıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest