05 Noyabr 2024, 17:56
FUTBOL
“Qalatasaray” yayda “Napoli”dən icarəyə götürdüyü Viktor Osimxenin çıxışından məmnundu. Matc.az xəbər verir ki, Türkiyə nəhəngi ulduz futbolçunu komandada daimi saxlamaq istəyir.
İstanbullular bunun üçün büdcə formalaşdırmağa başlayıb. Belə ki, “cim-bom” 25 yaşlı forvardın keçidi müqabilində neapollulara 50 milyon avro təklif etməyi planlaşdırır. Transfer reallaşsa, Osimxen “Qalatasaray”la 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Viktor Osimxen bu mövsüm “Qalatasaray”ın heyətində 7 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə verib.