05 Noyabr 2024, 17:20
FUTBOL
Ulduz futbolçu Hames Rodriges yeni klubu “Rayo Valyekano”nu tezliklə tərk edə bilər. Matc.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi Madrid komandasında oyun müddətindən narazıdı.
O, bu mövsüm 5 matçda ümumilikdə 123 dəqiqə meydanda olub. Hames bu görüşlərin yalnız birində start heyətində meydana çıxıb. 33 yaşlı pleymeyker “Rayo Valyekano”nun baş məşqçisi İniqo Peresin sisteminə uyğun gəlmir. Bu üzdən o, yanvarda komandasını dəyişmək barədə düşünür. Hazırda kolumbiyalı ilə “Latsio” yaxından maraqlanır.
Qeyd edək ki, Hames Rodriges yayda “San Paulo” ilə müqaviləsini ləğv edərək, azad agent kimi “Rayo Valyekano”ya keçib.