AFFA İntizam Komitəsi iki məşqçiyə ciddi sanksiya tətbiq edib. Matc.az xəbər verir ki, Əvəzedicilər liqasında XII turun “Kəpəz-2” – “Səbail-2” oyununun 90+3-cü dəqiqəsində birincilərin baş məşqçisi Xaliq Mərdanov hakimi təhqir edib.

Bu davranış Mərdanovun 5 oyunluq cəzalandırılmasına və gəncəlilərin 400 manat cərimələnməsinə səbəb olub.

AFFA U-11 Liqasında keçirilən “Ağdam” FK – “Olimpiya” (Ağcabədi) görüşündə isə “Ağdam”ın baş məşqçisi Zakir Dadaşov hakimi təhqir etdiyi üçün qarşıdakı 5 turu buraxmalı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest