05 Noyabr 2024, 12:46
FUTBOL
“Barselona” Hans-Diter Flikin rəhbərliyi altında göstərdiyi performansla adından müsbət mənada söz etdirməkdədi. Matc.az xəbər verir ki, kataloniyalılar hazırkı qol nisbətini mövsümün sonuna qədər qoruyub saxlasalar, çempionatı 127 qolla başa vuracaqlar.
Flikin komandası La Liqanın 12 turundan sonra 40 qol vurub. Bu isə orta hesabla hər oyuna 3,3 qol deməkdi. Bu göstəriciyə İspaniya çempionatında heç kim nail olmayıb.
Qeyd edək ki, Kataloniya klubu La Liqanın növbəti turunda “Real Sosyedad”ın qonağı olacaq.