Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı futbolçusu Mahir Emreli haqda danışıb. Matc.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Emrelinin II Bundesliqanın 11-ci turunda "Hamburq"la oyundakı çıxışını dəyərləndirib.

1:1 hesabı ilə nəticələnən matçda “Nürnberq”in qoluna Mahir imza atıb. Bununla belə, Kloze millimizin üzvünün çıxışından razı qalmayıb: “Düşünürəm ki, Mahir bu görüşü o qədər də yaxşı keçirmədi. Onun potensialı daha yaxşı oynamağa imkan verir. Ləng hərəkət edirdi, mən istədiyim qədər çevik deyildi. Topu daha çox istəməli idi”.

Qeyd edək ki, Mahir Emreli “Nürnberq”in heyətində artıq 4 dəfə rəqib qapılarına yol tapıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest