Bir neçə həftədən sonra "Real"ın vingeri Vinisius Juniorun agentləri Madrid klubunun təmsilçiləri ilə görüşərək braziliyalı futbolçunun komandadakı gələcəyini müzakirə edəcəklər.
Bir neçə həftədən sonra "Real"ın vingeri Vinisius Juniorun agentləri Madrid klubunun təmsilçiləri ilə görüşərək braziliyalı futbolçunun komandadakı gələcəyini müzakirə edəcəklər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.
Bildirilir ki, İspaniya nəhəngi 2027-ci ilin yayına qədər müqaviləsi olan Vinisiusu klubda saxlamaqda son dərəcə maraqlıdır. 24 yaşlı hücumçunun müqaviləsi uzadılana qədər "Real" digər komandaların ona olan marağını diqqətlə izləmək niyyətindədir.
Qeyd edək ki, Vinisiusun hazırkı müqaviləsində 1 milyard avro məbləğində sərbəst buraxılma maddəsi var.